Cəmiyyət

Hər addımı əzabla atır: Dörd yaşlı Tunarın sizin köməyinizə ehtiyacı var – FOTO/VİDEO

Sharing is caring!

Dörd yaşlı Tunarın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Rəhimli Tural Oxuyaz oğlu müraciət edib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

Xəstəliyi ilə əlaqədar olaraq balaca Tunar yeriməkdə çətinlik çəkir, sərbəst otura bilmir, yaşıdlarından geri qalır.

İllərdir övladının müalicələrini davamlı olaraq aparan ailə artıq maddi imkansızlıq ucbatından bunu davam etdirə bilmir.

T.Rəhimli bildirib ki, müalicə mütəmadi olaraq davam etmədiyi halda Tunarın vəziyyəti daha da ağırlaşır.

Şəkidə yaşayan ailədən bildirilib ki, Tunarın müalicəsi mümkündür.

Xəstəliyin müalicəsinin növbəti mərhələsinə başlamaq üçün Tunarın 800 manat maliyyə yardımına ehtiyacı var.

Tunarın ayağa qalxması üçün yardımınızı əsirgəməyin. Onun bizim dəstəyimizə ehtiyacı var.

Qeyd edək ki, serebral iflicin müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil deyil. 

Unibank: 5243 7544 1069 5934

Ailənin əlaqə nömrəsi: +994 55 755 69 00 (atası)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir