Cəmiyyət

Vladanka Andreeva: “Bir qayda olaraq qadınlar yüngül cinayətlər törədirlər”

Sharing is caring!

“Qadın cəzaçəkmə müəssisəsində 500 qadın məhkum saxlanılır. Digər yerlərdə olduğu kimi, Azərbaycanda da qadınlar bir qayda olaraq yüngül cinayətlər törədirlər”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində qadın məhkumların cəzaçəkmə müəssisəsini ziyarət edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib. 

O bildirib ki, cinayət törədənlər qadınlar, əsasən, ailə həyatı, sosial durumu yaxşı olmayanlardır: 

“Bu o deməkdir ki, onların hüquqi yardımı qarşılamaq üçün maddi gücü olmur və Vəkillər Kollegiyasının köməyi ilə vəkil xidmətlərindən yararlanırlar. 

Araşdırmalar göstərir ki, qadın məhbusların əksəriyyəti ya özlərini, ya da əzizlərini zorakılıqdan müdafiə edərkən cinayət törədərək buraya düşüb. 

Əhəmiyyətli məsələ odur ki, qadınlar hətta cəzaçəkmə müəssisəsində olduqda belə, onların özlərini güclü hiss etmələri üçün zəruri şərait yaradılır. 

Cəzaçəkmə müəssisəsinə ziyarətim zamanı mənə aydın oldu ki, burada cəza çəkən qadınların müxtəlif peşələrə yiyələnmək imkanı var. Onlar gözəllik salonunda çalışmaq üçün, şirniyyat bişirmək üçün bilik və bacarıqlara yiyələnirlər. Çox yaxşı olardı ki, qadınların peşə fəaliyyəti ilə bağlı tədris genişləndirilsin. Buraya rəqəmsallaşdırma, maliyyə bilikləri ilə bağlı peşələr də əlavə edilsin, tədris edilsin. Çünki pul qazanmaq asan, onu düzgün idarə etmək çətindir. Qadınların cəzaçəkmə müəssisəsində gəlir əldə etmək bacarığına yiyələnmələri onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələsidir. Buna görə Ədliyyə Nazirliyini alqışlayıram”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir