Cəmiyyət

Bakıda manevr qaydalarını pozan sürücü qəza törətdi – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var.

APA xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil geriyə dönmək istəyib.

Bu zaman eyni istiqamətdə olan “Hyundai” markalı maşın həmin avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir