Cəmiyyət

Bakıda “Jeep” yük avtomobilinə çırpıldı – FOTO

Sharing is caring!

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının arxa yolunda qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobilin sürücüsü “KamAZ” markalı yük maşınını sağdan ötmək istəyərkən qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobili deformasiyaya uğrayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir