Cəmiyyət

Şəmkirdə toydan qayıdanlar qəzaya uğradı: Xəsarət alanlar var

Sharing is caring!

Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, rayonun Sərxan kənd ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə 1990-cı il təvəllüdlü Qulu Tağıyev və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya aparılıb.

Q.Tağıyevin vəziyyəti ağır olduğundan onun Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir