Cəmiyyət

31 yaşlı şəxs boğazından bıçaqlandı

Sharing is caring!

Bakıda 31 yaşlı şəxs bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 15-də Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Muradov Kamran Elçin oğlu tanışı, 1991-ci il təvəllüdlü Məmmədov Ümid Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra K.Muradov bıçaqla onun baş, boğaz və kürək nahiyələrinə zərbələr endirib və hadisə yerindən qaçıb.

Yaralı M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisəsini törətməkdə şübhəli bilinən K.Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir