Cəmiyyət

Güneyli bloqer həbsxanada ağır vəziyyətdədir – FOTO

Sharing is caring!

İran rejimi tərəfindən həbsə atılan Güney azərbaycanlı media bloqeri və siyasi fəal Hüseyn Rövnəqinin neçə gündür ki, vəziyyəti yaxşı deyil.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, onun müxtəlif xəstəxanalara köçürülməsi ilə bağlı fərziyyələr olsa da, hazırkı durumu və müalicə prosesi hələ də naməlum olaraq qalır.

Qardaşı Həsən Rövnəqi özünün “Twitter” hesabında Hüseynin vəziyyətinin pisləşməsi barədə məlumat verib və onun bağırsaq spazmasından əziyyət çəkdiyini, əlil arabasında həbsxananın tibb mərkəzinə aparıldığını yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir