Cəmiyyət

Xırdalanda partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

Sharing is caring!

Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələri Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam etdirilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 22 yaşlı qadının (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 1, 4 və 7 yaşlı uşaqların (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir