Cəmiyyət

Bakıda zəncirvari qəza: Xəsarət alan var – VİDEO

Sharing is caring!

Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub. 

Oxu.Az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.

Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:

“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir