Cəmiyyət

Türkiyədə Milli Qəhrəman Polad Həşimovun adını daşıyan parkın açılışı olub – FOTO

Sharing is caring!

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib.

“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, – deyə paylaşımda qeyd olunub.

Həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelərin nümayəndəlikləri də parkın açılışında iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir