Cəmiyyət

Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir – FOTO

Sharing is caring!

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda “NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri” və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyəti mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir