Cəmiyyət

“Yeni Müsavat” 33 yaşını qeyd edir – FOTO

Sharing is caring!

10 noyabr “Yeni Müsavat” qəzetinin yaranma günüdür. 

Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. 

Onun qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğludur.

“Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 

1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra – 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluya qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq, qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. 
Bu günədək qəzetin 8099 sayı işıq üzü görüb.

Oxu.Az saytı adından “Yeni Müsavat” qəzetində çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir