Cəmiyyət

Zaqatalada minik avtomobili körpüdən aşıb, xəsarət alan var

Sharing is caring!

Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq çayın üzərindəki körpüdən yolun kənarına düşüb.

APA xəbər verir ki,  hadisə saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Tehran Vüqar oğlu Zülfüqarlı qaş nahiyəsinin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda T. Zülfüqarlının müayinəsi və müalicəsi Zaqatala RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir