Cəmiyyət

Mahir Qurbanovun Zəfər günü ilə bağlı məqalələri Kuba və Dominikanın xəbər portallarında dərc olunub – FOTO

Sharing is caring!

Mahir Qurbanovun Zəfər günü ilə əlaqədar məqalələri Kuba və Dominikan Respublikasında dərc olunub. 

Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanovun Zəfər günü ilə bağlı ispan dilində Kubanın və Dominikan Respublikasının aparıcı xəbər portallarında məqalələri dərc olunub. 

Məqalələrdə qeyd olunur ki,  Azərbaycanda 8 noyabr – Zəfərin ikinci ildönümü qeyd olunur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad edib.

Azərbaycan BMT-nin qətnamələri və beynəlxalq hüquq prinsipləri əsasında problemi həll etməyə çalışıb, lakin dünya birliyi hərbi təcavüzə son qoymaq üçün Ermənistana qarşı qəti addım atmayıb.

Ermənistanın özü də münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaqda maraqlı olmayıb və nəticədə təxribat xarakterli hərəkətləri və bəyanatları ilə danışıqlara son qoyub.

“2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı həyata keçirilən genişmiqyaslı hərbi hücumun qarşısı Şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb və tarixə yazılacaq qələbə qazanılıb”, -deyə Mahir Qurbanov məqalədə qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir