Cəmiyyət

Zəfər Günü üçün fədakarlığı ilə məşhurlaşan Hikmət baba – VİDEO

Sharing is caring!

Hikbət babanı tanımayan yoxdur desək, yəqin ki, yanılmarıq. Söhbət Vətən müharibəsi zamanı əsgərlərimizə dəstək olmaq istəyən, təqaüdünü ordumuza bağışlayan 71 yaşlı Hikmət Musayevdən gedir.

Atdığı addımla hər kəsin rəğbətini qazanan Hikmət baba o tarixi günlərdən indi də həyəcanla danışır. Hikmət baba yadımızda təkcə böyük ürəyə sahib olması ilə qalmayıb. Yağışlı havada yola çıxan ağsaqqalın ayaqqabısının yırtıq olması da diqqət cəlb etmişdi.

Hikmət Musayev müharibə bitdikdən sonra da təqaüdündən ardıcıl olaraq orduya kömək edib. O, bu vaxta qədər Silahlı Qüvvələrə Yardım Fonduna 1 200 manata yaxın pul göndərib. Həyətindən topladığı meyvələri isə əsgərlərimizə şəxsən özü çatdırıb.

Hikmət baba kəndin səfalı yerində, dağlar qoynunda yaşayır. Kənd təsərrüfatı işləri ilə məşğul olur. Həyətində olan meyvə ağaclarına, çiçəklərə qulluq edir. Onu ziyarətə gələnlərin olduğunu deyir. Tanınmasından isə fərəhlə söz açır. 

Hikmət Musayevin evinin önündə hər zaman üçrəngli Azərbaycan bayrağı dalğalanır. Deyir ki, yaşadığı müddətdə bu bayraq hər zaman dalğalanacaq.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir