Cəmiyyət

Samux sakinində narkotik maddə aşkar olunub

Sharing is caring!

Samux sakinində narkotik maddə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Ruzigar Abdullayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, R.Abdullayev oğurluğa görə həbsdən yeni çıxıb. O, ilkin ifadəsində qeyd edib ki, türkəçarə kimi baş ağrılarına yaxşı təsir etdiyi üçün narkotikdən istifadə edirmiş.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir