Cəmiyyət

Nazir: “Emosional və şəxsi mülahizələrlə təhsili irəli aparmaq olmaz”

Sharing is caring!

“Emosional və şəxsi mülahizələrə əsaslanan fikirlərlə təhsili irəli aparmağı doğru və mümkün hesab etmirəm”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində məhz PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkənin təhsilinin inkişafının əsas hədəfləri müəyyən olunub: “PİSA yalnız rəqəm deyil, həm də bizə kifayət qədər ciddi elm və dəlillər verir. Nəyin nəyə görə belə olduğuna dair izahlar verir. Təəssüf etdiyim yeganə məsələ odur ki, neçə ildir beynəlxalq qiymətləndirmələrdə iştirak edirik, amma onların nəticələri olan hesabatlar Azərbaycan cəmiyyətində çox az və yaxud da demək olar ki, heç müzakirə edilmir”.

“Mən təhsil sistemini tənqid etməyə başlasam, yəqin ki, PİSA, TEAMS hesabatlarına, beynəlxalq qiymətləndirmələrə baxardım. Orada bizi tənqid etmək üçün daha elmi arqumentlər tapmaq mümkündür. Bu tənqid daha faydalıdır. O tənqidlərdən nəyi isə öyrənib irəliyə gedə bilərik. Amma digər emosional, şəxsi mülahizələrə əsaslanan fikirlərlə təhsili irəli aparmağı doğru və mümkün hesab etmirəm”, – nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir