Cəmiyyət

İnfeksionistdən haymorit riski barədə xəbərdarlıq: “Uşaqlar arasında daha çox təsadüf olunur” – FOTO

Sharing is caring!

Son günlər əhali arasında boğaz şişməsi, burun axması ilə müşayiət edilən virus infeksiyası yayılıb.

İnfeksiyanın burun-boğaz yolunda yaratdığı fəsadlar insanları narahat edir. Qrip kimi dəyərləndirilən bu infeksiyadan sonra haymorit və frontit yarandığı da deyilir. 

Bəs görəsən, bu infeksiya doğrudanmı haymorit və frontit kimi problemlərə yol aça bilir?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, kəskin respirator virus infeksiyaları zamanı yuxarı tənəffüs yollarının, o cümlədən burnun əlavə ciblərinin iltihabına (haymorit, frontit) rast gəlinir:

“Bu iltihab bir çox hallarda virus mənşəli olur və 7-10 gün ərzində öz-özünə sağalır. Lakin bakterial rinosinusitin (haymorit, frontit) inkişafı, əsasən, uşaqlar arasında daha çox təsadüf olunur. Belə ki, uşaqlarda yuxarı tənəffüs yollarının virus infeksiyaları 6-9% halda ikincili bakterial rinosinusitlə fəsadlaşır, bu, əsasən, 4-7 yaşlı uşaqlarda daha tez-tez müşahidə olunur.

Bu patologiya antibiotiklərin təyinini zəruri edir və düzgün müalicə edilməzsə, xroniki formaya keçə və fəsadlaşa bilər. Hazırda yayılan kəskin respirator virus infeksiyaları zamanı da bu halların baş verməsi istisna deyil”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir