Cəmiyyət

DTX-nin əməliyyatında saxlanılan nazir müavinindən XƏBƏR VAR

Sharing is caring!

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

E.Əliyevin bu maddə üzrə təqsiri sübuta yetirilərsə, onu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir