Cəmiyyət

Azərbaycanda televiziya reklamı bazarının illik dövriyyəsi açıqlanıb

Sharing is caring!

“Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir 45 milyon manatı keçmir”.

“Report” xəbər verir ki, bunu “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda “Audiovizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda bildirib.

“Bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır. Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır. Ancaq hər iki hal özlüyündə ümumi maliyyə artımı, yəni maliyyə vəsaiti tələb edir. Bu mənada hazırda TV reklam bazarı üçün pat halı müşahidə edilir və bazarın öz dinamikası ilə bundan çıxması qeyri-mümkün görünür”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir