Cəmiyyət

Azərbaycanlı Elana Keniq ABŞ-da “Xarıbülbül” nişanı ilə 50 min tamaşaçı qarşısında himn ifa etdi – VİDEO

Sharing is caring!

Azərbaycanın Nyu-York icmasının üzvü Elana Keniq peşəkar beysbol klubu olan “Nyu-York Mets”in oyunundan əvvəl 50 min azarkeşin qarşısında ABŞ himnini ifa edib.

İfa zamanı Elana Keniqin yaxasında “Xarıbülbül” nişanı olub.

Həmyerlimiz, xərçəng xəstəliyinə qalib gəlmiş 13 yaşlı Elana Keniq tərəfindən yaradılmış “Koenig Childhood Cancer Foundation” (“Uşaq Xərçənginə Qarşı Keniq Fondu”) xeyriyyə fondu Amerika reytinq təşkilatı – “GreatNonprofits”in yüksək mükafatına layiq görülüb.

“GreatNonprofits” “Koenig Childhood Cancer Foundation”i Amerikada ən yüksək qiymətləndirilən xeyriyyə təşkilatlarının siyahısına daxil edib.

“Koenig Childhood Cancer Foundation” xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara həm maddi, həm də mənəvi cəhətdən kömək edir.

13 yaşlı Elana tanınmış xeyriyyəçidir, o, onkoloji xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq qarşısına məqsəd qoyur və xərçəngə qalib gəlib.

Hazırda Elana Keniq bu xəstəliklə mübarizə aparan uşaqlara, o cümlədən azərbaycanlılara dəstək olur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir