Cəmiyyət

Şamaxıda avtomobil aşıb, səkkiz yaşlı uşaq xəsarət alıb

Sharing is caring!

Şamaxı rayonunun Göylər kəndində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan səkkiz yaşlı Hörmətzadə Uğur Tural oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir