Cəmiyyət

Cəlilabadda üç minik avtomobili toqquşub – FOTO

Sharing is caring!

Cəlilabad rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı BMW, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir