Cəmiyyət

Bakı-Qazax yolunda ağır qəza: “Mercedes” ZİL-ə çırpıldı – VİDEO

Sharing is caring!

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. 

Belə ki, Bakı-Qazax yolunda hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil yük maşınına çırpılıb. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılır:

“Hərəkətdə olan “Mercedes-Benz” markalı 10-VR-710 dövlət nömrəli nişanlı avtomobil nasazlıq səbəbindən yolun sağ hərəkət zolağında dayanan 19-BJ-923 dövlət nömrə nişanlı ZİL markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir