Cəmiyyət

Kəramət Böyükçöl şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa çağırılıb

Sharing is caring!

Kəramət Böyükçölün Baş Prokurorluğa çağırılması ilə bağlı açıqlama verilib.

Prokurorluqdan verilən məlumata görə, K.Böyükçöl  Baş Prokurorluğa şahid qismində dindirilməsi üçün çağırılıb.

“Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb. Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir”, – deyə məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir