Cəmiyyət

Tənqidçi AYB-dən istefa verdi: “Belə rəzillik görmədim” – FOTO

Sharing is caring!

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.

Bu barədə o, özünün “Facebook” profilində məlumat verib.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi.

Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir.

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, – M.Qaraxanoğlu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir