Cəmiyyət

Qubada polis əməkdaşı yol qəzasında xəsarət aldı

Sharing is caring!

Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M. Səfərəliyevin idarə etdiyi VAZ markalı və vətəndaş R. Bəşirovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir