Cəmiyyət

Ağcabədidə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Sharing is caring!

Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub.

“Report” xəbər verir ki, 1969-cu il təvəllüdlü Əsgərov Rafiq Əmir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir