Cəmiyyət

Hərbi qulluqçularımız Türkiyədəki taktiki təlimi başa vurublar – FOTO

Sharing is caring!

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımız İzmir şəhərindəki Foça dəniz bazasında taktiki təlimdə iştirak ediblər.  

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri, kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda icra olunan tapşırıqlar təhlil edilib.
Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir