Cəmiyyət

Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda qəzaya düşdü – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, – nazir qeyd edib.

21:35

Azərbaycanda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın avtomobili qəzaya uğrayıb.

AK Partiyadan verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.

Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıb.

Onlara dəstək olmaq üçün AK Partiya sədr müavini Ömər Çelik və Efkan Alanın da Bakıda qalacağı bildirilib.

Həmçinin, avtomobilin sürücüsünün vəziyyəti də qənaətbəxş olaraq qiymətləndirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir