Cəmiyyət

Azərbaycanda məktəbli qız 15 manata görə şantaj olundu, intihara cəhd etdi

Sharing is caring!

Gəncə şəhərində şantaj edilən qız intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü, VIII sinif şagirdi qız tanışı, X sinif şagirdi Ümid adlı oğlan tərəfindən şantaj edildiyi üçün özünü asmaq qərarına gəlib. 

Belə ki, qızın tanışı ondan 10-15 manat istəyib ki, telefonunu təmir etdirsin. Qız həmin pulu vermədiyi üçün Ümid onunla sevgili olduğunu hər kəsin biləcəyini ilə şantaj edib. 

Qız bundan sonra evə gələrək, məktub yazıb və intihara cəhd edib. Bu zaman anası onu xilas edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb:

“Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir