Cəmiyyət

Şəkidə zəncirvari qəza olub: Səkidə dayanan iki piyada ağır xəsarət alıb

Sharing is caring!

Şəkidə piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanmış VAZ-2106 və VAZ-2107 markalı avtomobillərə çırpılıb.

Həmin vaxt avtomobillərin yanında dayanan iki nəfər maşınların arasında qalıb. Ayaqları sınan piyadalar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir