Cəmiyyət

Nömrəsiz avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Sharing is caring!

Avtomobillərə məhəl qoymadan yolun istənilən yerindən keçirlər. Yeraltı, yerüstü piyada keçidləri olsa belə onlar sürətli avtomobillərin şütüdüyü yolları özlərinə rahat bilirlər.

Görüntülər Mingəçevirdəndir. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib. Əvvəlcə yolun müəyyən edilməyən hissəsindən keçərək özləri və digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən olunublar. Onlarla izahedici söhbətlər aparılıb və qaydalara riayət etmələrinin vacibliyi izah edilib. 

Mingəçevirin müxtəlif küçə və prospektlərində gecə saatlarına qədər davam edən yoxlamalar zamanı avtomobillərə əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan, sürücülük hüququ olmadan avtomobil idarə edənlər də aşkarlanıblar. 

Reyd zamanı həmçinin Kamil Əhmədov istifadəsində olan BMW markalı avtomobili üzərində dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün saxlanılıb. Sürücüyə bu kimi halların yolverilməz olduğu izah edilsə də, o, polisin qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 10 sutka inzibati həbs edilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir