Cəmiyyət

Bakıdakı ali təhsil ocaqlarından birində sərt CƏZA: Tələbələr 45 dəqiqə bayırda qaldılar – VİDEO

Sharing is caring!

Bakıdakı ali təhsil ocaqlarından birində tələbələr dərsə gecikəndə qapı arxasında qalırlar.

“Xəzər Xəbər”in məlumatına görə, Əmək və Sosial Münasibət Akademiyasının tələbələri iddia edir ki, 5 dəqiqə dərsə gecikəndə onlar 45 dəqiqə bayırda gözləməli olurlar.

Tələbəsənsə, bütün çətinliklərə dözməlisən deyirlər. Axı şəxsi maşını, hər gün taksiyə ödəyəcək pulu olmayan, kirayə haqqı ucuz olduğu üçün şəhərdən çox kənarda qalan tələbələrimiz də  var. Demək, Əmək və Sosial Münasibət Akademiyasında ilk dərsə 5 dəqiqə gecikən tələbələrə nəinki qaib yazılır, onlar həmin dərsə,   ümumiyyətlə içəriyə buraxılmırlar. Hardan gəlirsən, necə gəlirsən, yolda tıxac var-ya yox, bu heç kimi maraqlandırmır. Dərslərdə iştirak etməyən tələbənin imtahanda aqibəti necə olacaq bilinmir.

Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru Fərhad Mehbalıyev bunun səbəbini izah edib. Fərhad Mehbalıyevin sözlərinə görə, bundan sonra akademiyanın elmi şurası qaydaların sərtləşdirlməsi ilə qağlı qərar qəbul edib. Prorektor ilk 45 dəqiqə tələbələrin mütamadi gecikdiyini, mühazirələrin kobud şəkildə pozulduğunu əsas gətirərək qeyd edib ki, davamiyyətində geriləmə olan heç bir tələbəyə güzəşt olunmur.

Fərhad Mehbalıyev qeyd edib ki, yalnız tələbələrin gecikməsi mütamadi hal alanda onlara güzəşt olunmur. Bu hal ənənəvilik xarakteri daşımayanda isə müəllim ilk 10 dəqiqə tələbəyə qayıb yazmır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir