Cəmiyyət

Goranboyda iki maşın toqquşub: Ölən və xəsarət alanlar var

Sharing is caring!

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Rəhmli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” və “Daewoo Nexiya” markalı minik maşınları toqquşublar.

Qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirilib ki, hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanıb:

“1967-ci il təvəllüdlü Mayıs Bağırov Mayıs oğlu vəfat edib, 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə yaralanıb”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir