Cəmiyyət

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlandı – FOTO

Sharing is caring!

Azərbaycanda son gündə koronavirus əleyhinə 788 vaksin vurulub.

Bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 159, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 902 183 təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir