Cəmiyyət

Bakıda ticarət obyekti yanır – VİDEO

Sharing is caring!

Bakıda yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, yanğın paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğınla bağlı “112” “qaynar xətt”ə müraciət daxil olub:

“Nərimanov rayonunda “Elit” Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar. Hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir