Cəmiyyət

Daşkəsəndə yol-nəqliyyat hadisəsi: Bir ailənin üç üzvü xəsarət aldı

Sharing is caring!

Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşdı.

“Report”un məlumatına görə, Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri – Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.

Digər 2 nəfər – 1996-cı il təvəllüdlü R.Abbasova və 2000-ci il təvəllüdlü C.Abbasov isə yüngül xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzaya düşənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir