Cəmiyyət

Qaradağda yaşayış kompleksində yanğın olub: Tüstüdən zəhərlənənlər var

Sharing is caring!

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park – 2” yaşayış massivində yanğın hadisəsi baş verib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə 18 nömrəli binanın 8-ci mərtəbəsində qeydə alınıb. 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir