Cəmiyyət

Samuxda sürücü 60 yaşlı qadını vurub qaçdı

Sharing is caring!

Samuxda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 60 yaşlı Mehriban Abbasovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, piyadanı vuran maşın hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir