Cəmiyyət

Nardaranda ağır qəza: İki nəfər xəsarət alıb

Sharing is caring!

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən “Sea breeze” otelinin yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hərəkətdə olan “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir