Cəmiyyət

Bakıda daha bir məktəbdə olay: Şagird döyüldü

Sharing is caring!

Bakıda məktəbdə şagird döyülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə baş verib. 10 yaşlı V.M. digər məktəbli tərəfindən döyülüb.

Bu barədə zərərçəkmiş şagirdin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət ediblər.

Hazırda araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin 4-cü sinif şagirdini döydüyü iddia olunurdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir