Cəmiyyət

İlqar Səfərov: “Son 34 il ərzində Azərbaycana qarşı cinayət törədənlər beynəlxalq axtarışa veriliblər”

Sharing is caring!

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi keçirilir. 

Oxu.Az-ın məlumatına görə, brifinqində baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-in Azərbaycan SSR-ə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistan Respublikasının Azərbaycan Respublikasına ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib. 

“Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir”, – deyə İ.Səfərov bildirib. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir