Cəmiyyət

4 yaşlı qızı maşın vurub öldürdü

Sharing is caring!

Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir