Cəmiyyət

Birinci Qarabağ müharibəsində “naməlum” kimi dəfn edilən şəhidlərdən bir qisminin kimliyi müəyyənləşdirilib

Sharing is caring!

“Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində “naməlum” kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”.

Bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələlik onların hamısının kimliyi müəyyən edilməyib:

“Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir