Cəmiyyət

Sabiq direktora yeni vəzifə verildi

Sharing is caring!

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsində direktorun elmi işlər üzrə müavini vəzifəsinə Hüseynov Xanbaba Meyxoş oğlu təyin olunub. 

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, o, ötən gündən işə başlayıb.

Xanbaba Hüseynov 1981-1987- illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb.

Daha öncə isə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru kimi fəaliyyət göstərib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir