Cəmiyyət

Putin azərbaycanlı veteranı 90 illik yubileyi münasibəti ilə təbrik etdi – FOTO

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin Yamalda yaşayan əslən azərbaycanlı veteran İsa Əli oğlu İmaməliyevi 90 illik yubileyi münasibəti ilə təbrik edib.

Bu barədə Purov rayonunun rəhbəri Anton Kolodin özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, Rusiya prezidenti günün qəhrəmanına məktub göndərib.

“Mən hörmətli sakinimizə Prezident Vladimir Putinin təbrik məktubunu çatdırmaqdan məmnun oldum. İsa Əli oğlu çox müdrik, ruhən güclü, nikbin və həmişə qonaqpərvərdir. Bu gün o, xoşbəxt həyat yoldaşı, ata və babadır. Qoy, bu, uzun müddət davam etsin!”, – deyə rayon rəhbəri bildirib.

Mənbə: Yamal Media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir