Cəmiyyət

Yasamalda 78 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb

Sharing is caring!

Bakının Yasamal rayonunda 78 yaşlı qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1944-cü il təvəllüdlü Babayev Malik Qəmbər oğlu yaşadığı evin qarşısında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir