Cəmiyyət

Sumqayıt sakinləri Qubada qəzaya düşdülər

Sharing is caring!

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar – Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir