Cəmiyyət

İtkin düşən 11-ci sinif şagirdi tapıldı

Sharing is caring!

Lənkəranda itkin düşən qız tapılıb.

Oxu.Az-ın məlumatına görə, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza bildirdi ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub:

“Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib”.

Qeyd edək ki, o, sentyabrın 23-də şagirdi səhər evdən çıxaraq məktəbə gedib və geri qayıtmayıb. Ailə onun tapılması üçün polisə müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir